Serj Sərkisyan: “Qarabağ məsələsi hələ bağlanmayıb”
“Vaxt gələcək, biz Qarabağ səhifəsinin bizim üçün bağlanmadığını deyəndə nəyi nəzərdə tutduğumuzu ətraflı izah edəcəyik”. Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sərkisyan jurnalistlərlə söhbətində deyib. Qarabağ ermənilərinin qayıtması məsələsinə toxunan Sərkisyanın fikrincə, bunu həmin adamların özlərindən soruşmaq lazımdır. “Aydındır ki, qayıdış arzuolunandır, lakin müvafiq şərtlər olmalıdır və mən onların fikrini bilmədən dəqiq nə deyə bilərəm”,