İsrail hərbçiləri pusquya düşdü, 15 həbçi ÖLDÜRÜLDÜ

Dünya
11:51 / 14.12.2023
6724
Müvəqqəti atəşkəs başa çatdıqdan sonra hücumlarını davam etdirən İsrail ordusuna qarşı dünən Qəzzanın şimalında pusqu qurulub.
Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.
Netanyahu qeyd edib ki, hərbi birləşmənin Qəzzanın şimalında pusquya düşməsi nəticəsində 15 İsrail hərbçisi öldürülüb:
“Dünən çox çətin gün idi. Beynəlxalq təzyiqlərə baxmayaraq, müharibəyə davam edəcəyik. Bizə qarşı qurulan pusqu cinayətdir”.
Qeyd edək ki, qarşıdurmalarda İsrail ordusunun 5 zabiti və 10 əsgəri həlak olub.
Ülkər