“Azərbaycanla sülh sazişinin imzalanması çox realdır” – Paşinyan

Dünya
11:08 / 14.12.2023
6319
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasının çox real olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Ermənistanın Baş naziri bununla bağlı açıqlamanı İrəvanda keçirilən dənizə çıxışı olmayan ölkə nazirlərinin görüşünün açılış mərasimində deyib.
Paşinyan rəsmi Bakı ilə əsas prinsiplərin razılaşdırıldığını və bu prinsiplərin təsdiq ediləcəyi təqdirdə sülh sazişinin imzalanacağını vurğulayıb: “Əgər Azərbaycan bu prinsipləri təsdiq edərsə, o zaman yaxın gələcəkdə sülh sazişinin imzalanması çox realdır”.
Vasif