Türkiyədə dəhşətli zəncirvari QƏZA: 50 maşın toqquşdu - YARALILAR VAR
Türkiyənin Van-Erciş avtomobil yolunda baş verən və təxminən 50 avtomobilin iştirak etdiyi iki ayrı zəncirvari qəza baş verib. Sfera.az cnntürk-ə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, 2 nəfər həyatını itirib, 40-dan çox insan yaralanıb. Qəzaya səbəb duman və yolların buz bağlaması olub. Bu səbəbdən 50-ə yaxın yük maşınları, mikroavtobuslar, pikaplar və minik avtomobillər toqquşub. Hadisə yerinə çox sayda təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürən briqadaları