Reklam
Peşə etikası
Tünd rejim
Açıq rejim
Hesab
Ana səhifə
Cəmiyyət
İqtisadiyyat
Siyasət
Maqazin
Kriminal
Region
Dünya
Maraqlı
Media
Reklam
Peşə etikası
Foto
Gündəm
Hadisə
Sağlıq
YAZARLAR
Təhsil
İdman
Dünya
Beynəlxalq siyasət, regiondakı proseslər, Türkiyə, Rusiya, İran, Avropa və ABŞ-dan son hadisələr.
24 iyun 2025, çərşənbə axşamı
İsrail hava məkanını yenidən açdı
İsrailin hava məkanı qısa müddətli bağlanmadan sonra yenidən gələn reyslər üçün açılıb. Sfera.az “Times of Israel” nəşrunə istinadən xəbər verir ki, bu barədə informasiyanı İsrail Hava Limanları İdarəsi yayıb. Məlumata görə, məkanın bağlanması İranın ballistik raket buraxılışları ilə əlaqədar təhlükəsizlik səbəbləri ilə baş vermişdi. Həmin riskin aradan qalxmasından sonra uçuşlara icazə bərpa olunub.
10:31
Ukrayna PUA-larla Moskvaya hücum etdi
Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində Ukraynaya məxsus 20 ədəd PUA vurub. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Kurskda 14, Moskvada 2, Belqorod, Bryansk, Oryol və Smolensk üzərində isə 1 ədəd PUA vurulub.
10:20
Tramp atəşkəsi pozmamağı
xahiş etdi
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki münaqişə tərəflərindən mövcud atəşkəs rejimini pozmamağı xahiş edib. Sfera.a z bildirir ki, ABŞ Prezidenti bu barədə “Truth Social” şəbəkəsində yazıb.
09:37
İran və Türkmənistan XİN başçıları görüşdülər
İran və Türkmənistan xarici işlər nazirləri Aşqabadda görüşüblər. Sfera.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
09:32
Fransada musiqi festivalında 145 qadına şpris batırıldı
Fransada keçirilən “Fête de la musique” musiqi Festivalında qadınlara qarşı kütləvi zorakılıq edilib. Sfera.az Fransa Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 305 nəfər festivaldakı müxtəlif cinayətlərə görə nəzarətə götürülüb. Daxili İşlər Nazirliyi bildirib ki, 145 qadın şpris sancılması şikayəti ilə polis xidmətlərinə müraciət edib. “Bəzi zərərçəkənlər toksikoloji müayinədən keçmək üçün xəstəxanalara aparılıb”. Ölkə prokurorluğunun məlumatına görə 3 nəfərin şikayətindən sonra
09:17
Tramp İrana təşəkkürünü bildirib
ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib. Sfera.az xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb. O, ABŞ Hərbi Hava Qüvvələrinin Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə zərbələrindən sonra İranın cavab hücumunu "zəif" adlandırıb. “14 raket atılıb – 13-ü vurulub, biri isə təhlükəsiz istiqamətdə hərəkət etdiyi üçün buraxılıb. Məmnuniyyətlə bildirirəm
01:50
Rusiyada ayı hücumu:
Ölənlər
və
yaralananlar
var
Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar. Sfera.az- ın xəbərinə görə, bu barədə ASTV telekanalı məlumat verib. Məlumata görə, nəticədə iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Hazırda həkimlər yaralılarla işləyirlər, onlardan birinin vəziyyəti ağırdır və reanimasiyadadır. Hadisə yerində fövqəladə xidmətlər işləyir, meşəçilər heyvanı izləyirlər. Əvvəllər artıq bu ərazidə balaca ayı görünüb.
01:20
Ərdoğan
Niderlanda
gedir
- NATO zirvəsində iştirak edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun bildirib. Türkiyə lideri NATO dövlət və hökumət başçılarının iclasında iştirak edəcək. Ərdoğan səfər çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşəcək.
00:47
Milyonlardan imtina edirlər:
Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?
Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib. Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammit ailəsinin evi yerli əfsanəyə çevrilib. Tərtibatçıların cəlbedici təkliflərinə baxmayaraq, ailə onlarla yeni kotteclər arasında yeganə fərdi evin dayandığı torpağı satmaqdan imtina etdi. İnşaatçıların milyonlarla dollarlıq təkliflərinə baxmayaraq, torpaq sahəsini satmaqdan imtina edən ailə növbəti dəfə ictimaiyyətin diqqətini çəkib. Onların
00:30
Tətil üçün Dubaya gedən turist deportasiya edildi - SƏBƏB
Bir britaniyalı, nişanlısı və qızı Dubaya uçub, lakin sonra kişi deportasiya edilib. O, BƏƏ-dən qovulmasının inanılmaz səbəbini sonradan öyrənib. 34 yaşlı Cordan Howman bir həftəlik tətil keçirməyi planlaşdırdığı nişanlısı Tereza və qızı Cake ilə Dubay hava limanına gəlib. Sfera.az xəbər verir ki, britaniyalı üzünə döymə vurduğuna görə Dubaya buraxılmayıb. Ölkəyə gəldikdən sonra kişi gömrük işçiləri tərəfindən altı saat saxlanılıb, sonra isə üzündəki döymə səbəbindən deportasiya edilib. Əsas
00:12
Xamenei ABŞ bazalarına hücuma bu sözlərlə reaksiya verdi -
FOTO
Biz heç kimə hücum etməmişik və kiminsə təcavüzünə məruz qalmağı da qətiyyən qəbul etmirik. Sfera.az xəbər verir ki, bunu İranın dini rəhbəri Seyid Əli Xamenei X hesabında yazıb. “Biz heç kimin təcavüzünə boyun əyməyəcəyik. Bu, İran millətinin məntiqidir”, – Xamenei bildirib. Qeyd edək ki, ABŞ-ın İrana zərbələrinə cavab olaraq, Tehran Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirib.
00:05
23 iyun 2025, bazar ertəsi
ABŞ-nin Qətərdəki səfirliyi vətəndaşlarına müraciət etdi
ABŞ-nin Qətərdəki səfirliyi bu ölkədəki amerikalılara sığınacaq axtarmağı tövsiyə edib. Sfera.az xəbər verir ki, müvafiq məlumat diplomatik missiyanın saytında dərc olunub. “Ehtiyat tədbiri olaraq, ABŞ vətəndaşlarına sığınacaq axtarmağı və növbəti xəbərdarlığa qədər orada qalmağı tövsiyə edirik”, - deyə məlumatda bildirilir.
23:47
İran və Rusiya müdafiə nazirləri telefonla danışdı
İranın müdafiə naziri Əziz Nəsirzadə rusiyalı həmkarı Andrey Belousov la telefon danışığı aparıb. Sfera.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb. “Tehran İran ərazisinə zərbələr endirənləri hər vasitə ilə cəzalandırmaq qərarına gəlib” - İranın müdafiə naziri Belousovla söhbətində bildirib.
23:42
ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarında hava hücumu
XƏBƏRDARLIĞI
ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib. Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb. Qeyd edək ki, İran “Qələbə xəbərləri” əməliyyatı həyata keçirdiyini elan edib. Bu əməliyyat çərçivəsində digər ölkələrdəki ABŞ hərbi obyektlərinə zərbələ endirilir.
22:20
Tramp təcili iclas
ÇAĞIRDI
ABŞ Prezidenti Donald Tramp İranın Amerika hərbi bazalarına zərbələrindən sonra ABŞ-ın ali rəhbərliyini təcili iclasa çağırıb. Sfera.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
21:53
Qətər XİN:
İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var
Qətər “Sepah”ın “Əl-Üdeyd” bazasına raket hücumunu “Qətərin suverenliyinin və hava məkanının, həmçinin BMT Nizamnaməsinin pozulması” adlandırıb. Sfera.az xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb. “Qətər dövləti beynəlxalq hüquqa uyğun olaraq bu açıq təcavüzə birbaşa cavab vermək hüququnu özündə saxlayır”, – rəsmi bəyanatda deyilir. Xarici siyasət idarəsinin sözçüsü Məcid bin Məhəmməd Əl-Ənsari qeyd edib ki, Qətərin hava hücumundan müdafiə qüvvələri
21:43
Qətərin paytaxtında partlayışlar qeydə alınıb
İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb. Sfera.az xarici mediaya istinadən xəbər verir, paytaxt Dohada partlayışlar eşidilib.
21:00
Türkiyə BƏƏ-yə uçuşları dayandırdı
Türkiyə Hava Yolları BƏƏ-yə uçuşlarını dayandırıb. Sfera.az xəbər verir ki, bu barədə THY məlumat yayıb. Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarından biri BƏƏ-də yerləşir. ABŞ İranın 3 nüvə obyektinə zərbə endirdikdən sonra Tehran Yaxın Şərqdəki Amerika bazalarını vuracaqları barədə xəbərdarlıq edib.
20:52
Daha bir ölkə hava məkanını bağlayır
Qətər hakimiyyəti təhlükəsizlik səbəbi ilə ölkənin hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib. Sfera.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. “Qətər vətəndaşlarının, əcnəbi sakinlərin və turistlərin təhlükəsizliyini təmin etmək istəyinin bir hissəsi olaraq, müvafiq xidmətlər dövlətin hava məkanının bağlandığını elan edib”, - məlumatda deyilir. Xarici İşlər Nazirliyi əlavə edib ki, bu tədbirlər Yaxın Şərq regionunda baş verən proseslər
20:41
İsraildə raket hücumları nəticəsində
25 nəfər həlak olub
İranın İsrailə raket hücumları nəticəsində 25 nəfər həlak olub, 1 300-dən çox insan yaralanıb. Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb. Belə ki, iyunun 13-dən etibarən İrandan İsrailə 500 raket və 1 000 pilotsuz uçuş aparatı atılıb.
20:00
"Crocus"dakı terror aktı ilə bağlı cinayət işinin istintaqı başa çatdı
Rusiya İstintaq Komitəsi "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı cinayət işinin istintaqını başa çatdırıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko Rusiya KİV-lərinə bildirib. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər silah və döyüş sursatlarının, həmçinin partlayıcı maddələrin qanunsuz dövriyyəsində, partlayıcı qurğuların yenidən düzəldilməsində, terror aktına hazırlıqda və bir sıra digər məsələlərdə ittiham olunurlar.
19:43
Zelenskini Polşada öldürmək istəyiblərmiş -
Sui-qəsd cəhdinin TƏFƏRRÜATI
Rusiya FPV pilotsuz uçan aparatı və ya snayper kompleksindən istifadə edərək Polşada Rzeşov hava limanında Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd təşkil etməyi planlaşdırırdı. Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Malyuk məlumat verib. O bildirib ki, cinayət təqaüdə çıxmış hərbçi, onilliklər əvvəl orduya cəlb edilmiş polyak tərəfindən törədilməli idi: “Rusiya Federasiyası tərəfindən işə götürülən polşalı saxlanılıb. Zelenskini Polşada
17:40
Krımda DƏHŞƏT – Şir zoopark sahibini belə parçaladı –
ANBAAN VİDEO
Krımda yerləşən “Tayqan” adlı safari-zooparkın sahibi və Rusiya ilə əməkdaşlıq edən tanınmış kollaborant Oleq Zubkovu zooparkdakı şirlərdən biri ağır yaralayıb. Sfera.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, hadisə Zubkovun şirlərin qəfəsinə daxil olmasından sonra baş verib. Belə ki, Şir qəfildən hücum çəkərək onu dişləyib. Zubkov dərhal xəstəxanaya çatdırılıb və hazırda reanimasiyadadır. Hazırda onun vəziyyəti barədə rəsmi açıqlama verilməyib, lakin rusiya mənbələrinin yazdığına görə, o,
17:11
İran Təbriz üzərində İsrailə məxsus PUA-nı vurdu
İran Hərbi Hava Müdafiə (HHM) vasitələri ölkənin şimal-qərbində yerləşən Təbriz şəhəri üzərində İsrail uçuş aparatını vurub. Sfera.az xəbər verir ki, bu barədə SEPAH-ın Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Möhsün Bəxt Şükuhi bildirib. O, vurulan uçuş aparatının növü barədə məlumat verməyib.
15:59
Daha Çox Yüklə
‹ Əvvəlki səhifə
Növbəti səhifə ›