Zelenskini Polşada öldürmək istəyiblərmiş - Sui-qəsd cəhdinin TƏFƏRRÜATI

Dünya
17:40 / 23.06.2025
4110
Rusiya FPV pilotsuz uçan aparatı və ya snayper kompleksindən istifadə edərək Polşada Rzeşov hava limanında Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd təşkil etməyi planlaşdırırdı.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Malyuk məlumat verib.
O bildirib ki, cinayət təqaüdə çıxmış hərbçi, onilliklər əvvəl orduya cəlb edilmiş polyak tərəfindən törədilməli idi:
“Rusiya Federasiyası tərəfindən işə götürülən polşalı saxlanılıb. Zelenskini Polşada Rzeşov hava limanında öldürmək istəyirdilər”.