ABŞ-də ölənlərin sayı artdı
ABŞ-də güclü qar çovğunu ilə əlaqəli səbəblərdən həyatını itirən insanların sayı 51 nəfərə çatıb. Sfera.az xəbər veir ki, bu barədə ABŞ KİV-ə istinadən xəbər verir. Ölüm halları Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Tennesi və Texas ştatlarında qeydə alınıb. Nyu-Yorkda 10 nəfər küçədə donvurmadan ölüb. Bundan əvvəl rəsmi itki sayının 42 olduğu qeyd olunurdu.