Bu ölkədə təyyarə Qəzası: Ölənlər VAR

Bu ölkədə təyyarə Qəzası: Ölənlər VAR
Kateqoriya məlum deyil
T

Kolumbiyada daxili reys həyata keçirən təyyarə ilə əlaqə kəsilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Kolumbiyanın "Satena" aviaşirkəti "X" sosial şəbəkəsində məlumat yayıb.

 

Bildirilib ki, Kukuta-Okanya marşrutu üzrə "NSE 8849" reysini yerinə yetirən təyyarə yanvarın 28-də yerli vaxtla saat 11:54-də hava hərəkətinin idarə edilməsi xidməti ilə sonuncu dəfə əlaqə saxlayıb.

 

Aviaşirkətin məlumatına görə, "SEARCA" şirkəti tərəfindən istismar edilən "Beechcraft 1900" tipli, HK4709 qeydiyyat nişanlı təyyarənin göyərtəsində 13 sərnişin və 2 ekipaj üzvü olmaqla ümumilikdə 15 nəfər olub. Təyyarənin təyinat məntəqəsinə Bakı vaxtı ilə saat 21:05 radələrində enməsi planlaşdırılırdı.

 

"Satena" fövqəladə vəziyyət protokolunu aktivləşdirib. Kolumbiya Hərbi-Hava və Kosmik Qüvvələrinin İdarəetmə Mərkəzi və Mülki Aviasiya İdarəsi ilə koordinasiyalı şəkildə təyyarənin yerinin müəyyənləşdirilməsi üçün axtarış işləri aparılır.

PAYLAŞ