Tramp hədələdi: Bu adaya qoşun yeridə bilərik!
ABŞ Prezidenti Donald Tramp Mavrikiyə məxsus Dieqo-Qarsiya adasındakı ABŞ bazasının mövcudluğuna təhdid yaranacağı təqdirdə hərbi əməliyyatlarla hədələyib. Sfera.az xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə danışığından sonra X sosial şəbəkəsində yazıb. "Mən başa düşürəm ki, Baş nazir Starmerin bağladığı razılaşma, çoxlarının fikrincə, mümkün olan razılaşmalardan ən yaxşısıdır. Lakin əgər gələcəkdə icarə müqaviləsi nə vaxtsa ləğv edilərsə, yaxud kimlərsə