Beynəlxalq axtarışda olan azərbaycanlı Türkiyədə ələ keçdi - VİDEO
Kateqoriya məlum deyil
Türkiyənin Iğdır vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
Sfera.az xəbər verir ki, əldə edilən məlumata görə, beynəlxalq axtarışda olan və "İnsan alveri" və "Fahişəliyə təhrik etmə, məcbur etmə , asanlaşdırma və yer təmin etmə" cinayətləri ilə 43 il 3 ay 10 gün həbs cəzası və 12.480 TL məhkəmə cəriməsi ilə cəzalandırılan Azərbaycan vətəndaşı N.S. İğdır-Naxçıvan yolunda keçirilən qəfil əməliyyat zamanı şübhəli bilinərək saxlanılan nəqliyyat vasitəsində yaxalanıb.
Nəzarətə alınan şəxs məhkəmə prosesindən sonra həbs olunaraq həbsxanaya təhvil verilib.






