Rusiyada zəlzələ baş verdi
Rusiyada zəlzələ baş verib. Sfera.az xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat yayıb. Məlumata görə, Saxalin adasındakı bir neçə kəndin sakinləri zəlzələni güclü şəkildə hiss ediblər. Yeraltı təkanlar martın 15-də qeydə alınıb. Zəlzələnin gücü 3,5 bal olub. Zəlzələnin episentri Tımovski rayonunun Voskresenovka kəndindən beş kilometr şimalda, ocağı isə yeddi kilometr dərinlikdə yerləşib. Yujno-Saxalinsk seysmik stansiyasının məlumatına