"Apreldə İranla saziş mümkündür” - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın aprelin sonuna qədər əldə oluna biləcəyini istisna etməyib. Sfera.az xəbər verir ki, bu barədə o, “Sky News”a müsahibədə bildirib. “Bu mümkündür. Çox mümkündür. Onlar kifayət qədər ağır zərbə alıblar. Bu, çox mümkündür”, – deyə ABŞ lideri bildirib. O, bu fikirləri Böyük Britaniya kralı III Çarlzın ABŞ-yə dövlət səfəri ərəfəsində İranla razılaşma ehtimalı ilə bağlı sualı cavablandırarkən səsləndirib. Səfərin aprelin 27-də başlaması