Tramp: "Hörmüz boğazı açıldı"
Kateqoriya məlum deyil
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını Çin və dünya üçün "birdəfəlik" açdığını elan edib.
Sfera.az bildirir ki, Amerika lideri bunu sosial media hesabı olan "Truth Social"da yazıb .
"Çin Hörmüz boğazını birdəfəlik açmağımdan çox məmnundur. Bunu onlar və dünya üçün edirəm. Belə bir vəziyyət bir daha təkrarlanmayacaq",–deyə dövlət başçısı qeyd edib.
Fidan Hacızadə
Sfera.az






