Makronun ABŞ səfərində bu məsələlər müzakirə olunacaq – Vaşinqtondan açıqlama
ABŞ-nın Prezident Administrasiyası Prezident Cozef Baydenin Fransa lideri Emmanuel Makronun ABŞ-a gözlənilən səfəri zamanı müzairə edəcəyi mövzuları açıqlayıb. Sfera.az xəbər verir ki, Bayden həmkarı ilə Ukrayna, Çin, İran, eləcə də enerji məsələlərini müzakirə edəcək. "Gözlənilir ki, Ukrayna ilə bağlı müzakirələr onların danışıqlarının əsasını təşkil edəcək. Həmçinin Çinin, eləcə də İranın çağırışları ilə bağlı müzakirələr aparılacaq", - ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.