Bu təcrübə ilə insanı öldükdən sonra yenidən diriltməyi düşünüblər - Tarixin ilk insan dondurma prosesi + FOTOLAR

Bu təcrübə ilə insanı öldükdən sonra yenidən diriltməyi düşünüblər - Tarixin ilk insan dondurma prosesi + FOTOLAR

İnsanları dondurmaq elm dünyası üçün yeni bir anlayış deyil. Mənşəyi təxminən 250 il əvvələ gedən bu hadisə o vaxtdan bəri ən maraqlı hadisələrdən biri olmuşdur.

 

Sfera.az xəbər verir ki, insanın dondurulması ideyasının ilk müəllifi Benjamin Fraklin tərəfindən yazılmış bir məktubdur.

 

1773-cü ildə yazılan və bu hadisədən qismən də olsa bəhs edilən bu məktubdan təxminən 200 il sonra insanın dondurulması mövzusu bir daha elm dünyasının gündəminə gəlir.

 

Mövzunu yenidən gündəmə gətirən isə Robert Ettinger adlı fizik olub.

 

 

Bu yenidən ortaya çıxdıqdan sonra mövzu ilə əlaqədar işlər sürətlə davam edir və 5 ilin sonunda ilk insan dondurma prosesi həyata keçirilir. Ceyms Bedford dondurulan ilk şəxs olur.

 

“Ömrü Uzatma Cəmiyyəti” adlı bir qurumun 1965-ci ildə verdiyi açıqlamada, dondurulmağa razı olan ilk şəxsi heç bir ödəniş etmədən donduracaqları ifadə edilir. Ceyms Bedford da reklamı görür və müraciət edir, bununla da ilk dondurulan şəxs kimi tarixə düşmək yolunda ilk addımı atır.

 

O zaman böyrək xərçəngi olan Bedford 2 il daha bu xəstəliklə mübarizə aparsa da, ağciyərlərinə yayılan xəstəlik səbəbindən 74 yaşında vəfat edib. Bedford öldükdən bir neçə saat sonra dondurulur. Dondurma prosesində iştirak edən həkimlər Robert Prehoda, Dr. Dante Brunol və Robert Nelson olub.

 

Hətta Robert Nelsonun bu əməliyyatla bağlı yazdığı “Biz ilk insanı dondurduq” adlı kitab da var.

 

 

Dimetil sulfoksid Bedfordun bədənini dondurmaq üçün istifadə olunur. Çox sonra məlum olub ki, bu birləşmə dondurulmada o qədər də təsirli deyil, bu da Bedfordun yenidən oyanma şansını xeyli azaldır. Onun cəsədi 1982-ci ilə qədər maye azotda saxlanılır, bundan sonra bu gün də yaşadığı mərkəzə köçürülür. Mərkəzin adı bu gün dünyanın ən böyük insan dondurma mərkəzi olan “Alcor Life Extension Foundation”dır.

 

1991-ci ildə Bedfordun bədəninin ölçülməsi göstərir ki, onun bədən istiliyi dondurulduğu gündən bəri 0 dərəcədən yuxarı qalxmayıb. Bedford müvəffəqiyyətlə dondurulan ilk insan olsa da, buna qədər insanı dondurmaq üçün uğursuz cəhdlər də olub. Məsələn, adı açıqlanmayan qadın Bedford əməliyyatından 1 il əvvəl dondurulur, lakin dondurma prosesi onun ölümündən çox sonra edildiyi üçün bunun faydasız olduğu düşünülür və proses dayandırılır. Bu əməliyyat uğursuz olduğu üçün ilk dondurulan şəxsin adı Bedforda keçir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...