Ermənilər hansı ölkənin onlara yardım edəcəyini düşünür? – SORĞU NƏTİCƏLƏRİ

Ermənilər hansı ölkənin onlara yardım edəcəyini düşünür? – SORĞU NƏTİCƏLƏRİ

Ermənistanda “MPG” MMC-nin direktoru, “GALLUP Beynəlxalq Assosiasiyası”nın həqiqi üzvü Aram Navasardyanın növbəti mətbuat konfransı keçirilib.

 

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, konfransda 1100 vətəndaş arasında sorğunun keçirildiyi bildirilib. Belə ki, təşkilat insanlara Ermənistanın hansı ölkələrdən hərbi və siyasi yardım ala biləcəyi ilə bağlı sual ünvanlayıb.

 

“Biz vətəndaşlardan Ermənistanın hansı ölkələrdən hərbi və siyasi yardım ala biləcəyini  soruşduq. Ermənistan vətəndaşları belə cavab verdilər: Rusiya - 37%, ABŞ - 32,5%, KTMT -0,2%. Bunlar noyabr ayı üçün göstəricilərdir, lakin qeyd etmək lazımdır ki, 2021-ci ilin mayında keçirilən sorğu ilə müqayisədə ABŞ-ın xeyrinə verilən cavablar artıb, KTMT-nin xeyrinə olanlar isə azalıb. O zaman ABŞ-a olan ümid 23,8% idi, bu ilin noyabrında isə faktiki olaraq göstərici 32,5%-ə bərabər oldu",- hesabatda bildirilib.

 

Qeyd edək ki, sözügedən sorğu telefon zəngləri vasitəsilə aparılıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR