Keniyalı Qətərdə keçirilən Dünya Kuboku yarışının ulduzuna çevrilib - VİDEO 

Keniyalı Qətərdə keçirilən Dünya Kuboku yarışının ulduzuna çevrilib - VİDEO 

Qətərdə keçirilən dünya çempionatında təkcə futbolçular və milli komandanın məşqçiləri deyil, sıravi işçilər də ulduza çevrilib.

 

Sfera.az bildirir ki, keniyalı Abubakar Abbas bir neçə gün ərzində sosial şəbəkələrin işsiz super ulduzuna çevrilib.

 

23 yaşlı Əbubəkərin vəzifələrindən biri hündür kresloda oturmaq və şişmə rezin barmağı ilə metronun girişinə işarə edərək, “Metro orada” təkrarlamaq olub. Lakin o, vəzifələrini şaxələndirməyə qərar verib və futbolsevərlərin diqqətini çəkib.

 

"İşdə ilk gün darıxdım və futbol azarkeşlərinin də sıxıldığını hiss etdim. Ona görə də onları işə cəlb etməyin bir yolunu tapdım. İkinci gün mən "Metro" deyəndə, onlar "orada" dedilər, birlikdə təkrar etməyə başladıq. Onlar dayanmadan məni videoya çəkməyə başladılar. Mən də onlarla birlikdə oynamağa başladım”- Əbubəkar məşhurlaşması barədə danışanda deyib.

 

Abubakar Abbas metro adamı ləqəbini alıb. Nəticədə, Keniyalı ilə video gündəm olub və indi o, bütün sosial şəbəkələrdə "Metro Adamı" ləqəbi ilə tanınır. Abubakar bu yaxınlarda artıq 40.000-dən çox izləyicisi və videolarına yüz minlərlə baxış toplayan öz “Metro Man” TikTok hesabını yaradıb.

 

2022-ci il Dünya Kuboku üçün Qətərə gedən tanınmış bloggerlər onunla şəkil çəkdirmək üçün xüsusi olaraq “Metro Man” axtarmağa başlayıb.

 

Qeyd edək ki, Əbubəkar Qətərdə keçirilən dünya çempionatında təsadüfən işə düzəlib. Hələ sentyabr ayında o, təhlükəsizlik sahəsində iş yerləri haqqında eşidib. O, son gün müraciət edib və möcüzəvi şəkildə müsahibəyə seçilib. Yüzlərlə insanın bu işə müraciət etməsinə baxmayaraq, sadəcə Əbubəkər yer ala bilib.

 

"Deyə bilərəm ki, bu, Allahın iradəsi idi. Nayrobiyə gedən gecə avtobusuna çətinliklə mindim və Allaha şükür ki, məni seçdilər"- deyə Əbubəkər qeyd edib.

 

Əbubəkərin şöhrəti o qədər yayılıb ki, o hətta futbol meydançasında da çıxış edib. Məşqçilər və komanda üzvləri onunla birlikdə oxuyub.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...