Tviter Avropa İttifaqında qadağan edilə bilər
Kontent moderasiyası ilə bağlı Avropa İttifaqının qaydalarına əməl edilməyəcəyi təqdirdə tviter sosial şəbəkəsinə qadağa tətbiq edilə bilər. Sfera.az xəbər verir ki, bunu daxili bazar üzrə Avropa komissarı Terri Breton "Funke" media qrupuna müsahibəsində deyib. "Sosial şəbəkə İlon Mask tərəfindən alındıqdan sonra onu yaxından izləyirik. Əminəm ki, onlar Avropa qaydaları ilə işləyəcək", - deyə komissar bildirib. "Aydın məsələdir ki, tviter qaydalara əməl etməsə, onları cərimələyə bilərik.