Logo

Terrorçuların səhra komandiri PUA ilə məhv edildi

Terrorçuların səhra komandiri PUA ilə məhv edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Silahlı Qüvvələri Suriyanın Haseke vilayətində YPG terror qruplaşmasının səhra komandirini zərərsizləşdirib.

Sfera.az xəbər verir ki, Türkiyə ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) terrorçulara məxsus avtomobil karvanını bombalayıb.

Məlumata görə, YPG terror təşkilatının adı açıqlanmayan səhra komandirinin olduğu avtomobillərdən birinə iki raket düşüb. Bir neçə yaraqlı isə məhv edilib.

Bundan başqa, Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi açıqlamasında qeyd olunub ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində xüsüsi təyinatlılar Suriyanın şimalında daha iki terrorçunu məhv edib.

Xatırladaq ki, Suriya və İraqın şımalında keçirilən "Pəncə-Kilid” əməliyyat zamanı 491 terrorçu zərərsizləşdirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR