Logo

Hindistanda daha bir mədən çökdü: ölənlər var

Hindistanda daha bir mədən çökdü: ölənlər var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hindistanın Çatişqarh ştatında daha bir mədənin çökməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, hadisə Çatişqarh ştatının Bastar rayonunun Malqaon kəndində baş verib.

Axtarış-xilasetmə dəstələrinin həyata keçirdiyi əməliyyat nəticəsində 5 nəfərin cəsədi tapılıb.

Xəsarət alan 4 nəfərdən biri aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə zamanı ölən 6 nəfərdən 5-nin qadın olduğu bildirilib.

Yerli hakimiyyət orqanları həyatını itirənlərin ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.

Qeyd edək ki, adıçəkilən bölgədə ötən gün baş verən mədən qəzasında 7 nəfər dünyasını dəyişib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR