Logo

Rus general silah almaq üçün İrana getdi

Rus general silah almaq üçün İrana getdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin ilə Tehranda görüşüb. Tərəflər pilotsuz uçuş aparatlarının (PUA) və raketlərin yeni tədarüklərini müzakirə edə bilərlər.

Sfera.az “RBC-Ukraine” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İranın rəsmi dövlət mediasının verdiyi məlumata görə, onlar hərbi əməkdaşlığı müzakirə ediblər.

“Ola bilsin ki, onlar Ukraynada istifadə üçün İran PAU-larının və raketlərinin Rusiyaya satılmasını müzakirə ediblər. Məhəmməd Baqiri İranın müdafiə baş komandanıdır, hərbi siyasət və strateji rəhbərliyə cavabdehdir”- məlumatda vurğulanıb.

Xatırladaq ki, Rusiya hərbçiləri iki həftədən artıqdır ki, İranın pilotsuz uçuş aparatlarını Ukraynada istifadə etmir. Bu, PUA-ların ilk partiyasının artıq başa çatdığını göstərə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR