Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək
İslam dünyasında Ramazan bayramı günü ilə bağlı yenə fikir ayrılığı yaranıb. Sfera.az xəbər verir ki, Şəvval ayının hilalını görə bilməyən ölkələr aprelin 21-ni orucluğun son günü elan ediblər. Həmin ölkələrdə bayramın ilk günü 22 aprel olaraq təyin olunub. Avstraliya, Sinqapur, İndoneziya, Malayziya, Bruney, Tayland, Yaponiya və Filippin Şəvval ayını görə bilmədiklərinə görə, aprelin 22-ni Fitr bayramının ilk günü elan ediblər. Hindistan və Pakistanda şənbə bayramın ilk günü kimi qeyd