Kılıçdaroğlu hansı dinə mənsub olduğunu açıqladı
Türkiyənin əsas müxalifət partiyasının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu rəsmi "Tvitter" hesabında ələvi dini azlığa mənsub olduğunu etiraf edib. O deyib ki, çox həssas bir mövzu haqqında danışmağın vaxtı çatıb: "Mən ələviyəm, səmimi müsəlmanam”.
Sfera.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, ələvilər Türkiyə, Albaniya və Bolqarıstanda bir neçə milyon insanı əhatə edən dini və mədəni qrupdur. Bəzi avropalı tədqiqatçılar ələvilərin Türkiyə əhalisinin 5%-ni təşkil etdiyini iddia edirlər.
Versiyalardan birinə görə, ələvilər İslamın şiə qolu ilə əlaqəli ola bilərlər. Türkiyə onları rəsmən tanımır və onlar keçmişdə ayrı-seçkilik və qırğınların qurbanı olublar.
<blockquote class="twitter-tweet"><p lang="es" dir="ltr">Alevi. <a href="//t.co/C9Pd1ZaKoN">pic.twitter.com/C9Pd1ZaKoN</a></p>— Kemal Kılıçdaroğlu (@kilicdarogluk) <a href="//twitter.com/kilicdarogluk/status/1648755862905708551?ref_src=twsrc%5Etfw">April 19, 2023</a></blockquote> <script async src="//platform.twitter.com/widgets.js" charset="utf-8"></script>






