Logo

Rusiya öz şəhərini bombaladı

Rusiya öz şəhərini bombaladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Müdafiə Nazirliyi Rusiyaya məxsus döyüş təyyarəsinin Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərini səhvən bombaladığını açıqlayıb.

Sfera.az xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, partlayış şəhərin mərkəzində 20 metr enində krater yaradıb.

Qladkov qeyd edib ki, Belqorod sakinləri çətin gecə keçiriblər, lakin onlar bu gecənin öhdəsindən gələcəklər. Partlayış nəticəsində indiyədək iki qadın xəsarət alıb.

RİA Novosti və TASS dövlət xəbər agentliklərinin məlumatına görə, Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovdan bir qədər şimalda yerləşən bu şəhər müharibə başlayandan bəri tez-tez artilleriyanın hədəfinə çevrilir.

Ukraynaya hücum etmək üçün havaya qalxan Rusiya təyyarələri də bu şəhərin üzərində müntəzəm uçuşlar həyata keçirir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR