Həmkarlar ittifaqı Makrona meydan oxudu - Kann Film Festivalı qaranlıqda qala bilər

Həmkarlar ittifaqı Makrona meydan oxudu - Kann Film Festivalı qaranlıqda qala bilər

Fransada hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra başlayan kütləvi nümayişləri hazırda tətillər əvəz edir.


Sfera.az xəbər verir ki, ölkədə qüvvəyə minən pensiya islahatına qarşı olan Ümumi İşçilər Həmkarlar İttifaqının (CGT) enerji qolu islahatın həyata keçirilməməsini tələb edərək, “100 günlük hərəkət və şiddət” temalı planını açıqlayıb. Plana Kann Film Festivalı da daxil olmaqla bir çox beynəlxalq tədbirlərdə elektrik enerjisinin kəsilməsi də daxildir.

 

CGT artıq qüvvəyə minmiş qanun geri alınmazsa, hökuməti Kann Film Festivalının elektrik enerjisini kəsməklə hədələyib.

 


“Le Parisien” qəzetinin xəbərinə görə, Fransa prezidenti Emmanuel Makronun ölkəni sakitləşdirmək üçün “100 günlük” fəaliyyət planı vədinə cavab olaraq, CGT-nin enerji qolu “100 günlük fəaliyyət və şiddət” planını açıqlayıb. 

 

Birlikdən verilən yazılı açıqlamada bir çox əhəmiyyətli tədbirin "qaranlıqda qala biləcəyi" xəbərdarlığı edilib. 


"May ayında nə istəyirsən et! Kann Film Festivalı, Monako Qran Prisi, Roland Qarros turniri, Avignon Festivalı – hamısı qaranlıqda qala bilər", - deyə bəyan edilib. 

 

Xatırladaq ki, Fransada nümayişlərə sərt şəkildə müdaxilə edən polislə nümayişçilər arasında ölkənin bir çox yerində şiddətli insidentlər yaşanıb. Martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb. Makron bu həftənin əvvəlində ölkəni sakitləşdirmək üçün “100 günlük” fəaliyyət planından danışıb. 


Dünyaca məşhur ulduzların qatılacağı Kann Film Festivalı bu il mayın 16-27-də keçiriləcək. 76-cı dəfə baş tutacaq festivalın qaranlıqda qalıb-qalmayacağı maraq doğurur.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...