Gürcüstan ilk qadın prezidentini seçdi — Salome Zurabişvili kimdir?

Gürcüstan ilk qadın prezidentini seçdi — Salome Zurabişvili kimdir?
Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib.
 
Prezidentliyə namizəd Salome Zurabişvili səslərin 59.56 faizini toplayaraq qələbə qazanıb. Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat verib. Məlumata əsasən, artıq bülletenlərin 99.7 faizi sayılıb və müstəqil namizəd Salome qələbə qazanıb.

Müxalifətin namizədi Qriqol Vaşadze 40.44 faiz səs toplayıb. 

Zaurabişvili və tərəfdarları artıq qələbəni qeyd edirlər. 
Prezidentin səlahiyyət müddəti 6 il olacaq. Bu, xalq tərəfindən seçilən sonuncu prezidentdir. Növbəti prezident 300 nəfərlik təmsilçi tərəfindən seçiləcək.
Salome Zurabişvili 1952-ci ilin 18 mart tarixində Parisdə gürcü siyasi mühacir ailəsində doğulub. 30 il Fransa xarici işlər nazirliyində çalışıb. 2004-2005-ci illər arasında Gürcüstanın xarici işlər naziri olub. 2005-ci ilin noyabr ayında Zurabişvili "Gürcüstan yolu” müxalifət partiyasını qurub. Bu partiya 2007 və 2009-cu illərdəki etiraz nümayişlərində fəal iştirak edib. 5 il sonra isə Salome Gürcüstan siyasətini tərk etdiyini bəyan etdi.


2013-cü ildə Gürcüstan prezidentliyinə namizəd olsa da, ikili vətəndaşlığı olduğu üçün qeydə alınmayıb. Bu ilin avqust ayında Zurabişvili Fransa vətəndaşlığından imtina edərək prezident seçkilərinə qatıldı./ölkə.az

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...