Logo

İranla bağlı açıqlamanın pərdəarxası: Vaşinqton nə istəyir?

İranla bağlı açıqlamanın pərdəarxası: Vaşinqton nə istəyir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

ABŞ-nin Türkiyədəki səfiri Tom Barak bir müddət əvvəl verdiyi müsahibəsində İrandakı hakimiyyət dəyişikliyi ilə bağlı maraqlı iddia səsləndirib. Diplomat bildirib ki, İranda şah rejiminin qurulması, sonradan onun dini rejimlə əvəzlənməsi ABŞ tərəfindən həyata keçirilib. Tom Barak buna dair hər hansı fakt təqdim etməsə də, iddianın özü maraqla qarşılanıb.

Politoloq Xəyal Bəşirov Sfera.az-a açıqlamasında bildirdi ki, bu açıqlamada məqsəd İrana psixoloji təzyiq göstərməkdir.

Onun sözlərinə görə, Tom Barak bu açıqlama ilə İran hakimiyyətini gözdən salmağa və cəmiyyətdə mövcud rejimə qarşı etimadsızlıq yaratmağa çalışıb.

Lakin o, hər bir dəyişikliyin ABŞ diplomatının iddia etdiyi kimi olmadığını dedi:

"İranın siyasi tarixində müxtəlif hakimiyyət dəyişiklikləri baş versə də, bu proseslərin hamısını ABŞ-nin fəaliyyəti ilə əlaqələndirmək düzgün deyil. Qacarlar sülaləsinin hakimiyyətdən getməsi XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə regionda əsas oyunçu Böyük Britaniya olub”.

Politoloq bildirib ki, Qacarlar sülaləsinin hakimiyyətinə 1925-ci ildə son qoyulub və bundan sonra İranda Pəhləvilər hakimiyyətə gəlib. Daha sonra 1979-cu il İslam inqilabı nəticəsində monarxiya devrilib və ölkədə dini idarəçilik sistemi formalaşıb:

“Qərb ölkələrinin şah rejiminə münasibəti və həmin dövrdə yürütdükləri siyasət dolayı yolla İranda baş verən proseslərə təsir göstərmiş ola bilər. Xarici güclərin öz maraqlarını təmin etməyə yönəlmiş addımları əhalinin şah hakimiyyətindən narazılığının artmasına şərait yaradan amillərdən biri kimi qiymətləndirilə bilər. Nəticədə dini qüvvələr cəmiyyətdəki narazılıqdan istifadə edərək hakimiyyətə gəliblər”.

İranla bağlı açıqlamanın pərdəarxası: Vaşinqton nə istəyir?

X.Bəşirov vurğulayıb ki, İranın hazırkı dini rejiminin formalaşmasında ABŞ-nin birbaşa və birmənalı şəkildə rol oynadığını təsdiqləyən iddialara ehtiyatla yanaşmaq lazımdır. Onun qənaətinə görə, səfirin açıqlaması daha çox mövcud hakimiyyətin nüfuzunu zəiflətmək məqsədi daşıyır:

“Belə bəyanatların digər tərəfi də var. İranın hazırkı hakimiyyətinin dəyişdirilməsi və onun əvəzinə xarici güclərin maraqlarına uyğun siyasi sistemin formalaşdırılması cəhdləri ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir. Əgər növbəti rejim xalqın iradəsi ilə deyil, kənar güclərin istəyi ilə formalaşdırılacaqsa, nəticədə ciddi dəyişiklik olmayacaq”.

Politoloqun fikrincə, ABŞ və digər Qərb ölkələrinin müxtəlif dövlətlərdə hakimiyyət dəyişikliklərinə təsir göstərmək cəhdləri beynəlxalq münasibətlər və dövlətlərin suverenliyi baxımından mübahisələr doğurur. O hesab edir ki, İranla bağlı açıqlamalar da həm mövcud hakimiyyətə təzyiq göstərilməsi, həm də ölkənin gələcək siyasi quruluşuna təsir etmək cəhdləri kontekstində qiymətləndirilə bilər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR