Metroda naməlum şəxslər qadınlara qəflətən iynə sancırlar - Araşdırma aparıldı və...
Moskva metrosunda müəmmalı hadisə - iki qadına şpris vurulması ilə bağlı məlumat yayılıb.
Sfera.az xəbər verir ki, ilk hadisə 16 oktyabr saat 20:00 radələrində baş verib. Qadın Kitay-Qorod stansiyasından gəlirmiş.
Zərərçəkmiş qatar vaqonunda 45-50 yaşlarında bir qadının yanında oturduqdan sonra qəfildən omba nahiyəsində şiddətli ağrı hiss edib.
Məlum olub ki, qonşusu ona şpris vurub və sonra söhbətə başlamağa çalışıb. Qadın qorxaraq başqa bir vaqona qaçıb. Elə həmin gün o, tibbi yardım axtarıb və daha sonra polisə müraciət edib.
İkinci hadisə oktyabrın 23-də baş verib. Novatorskaya stansiyasında 18 yaşlı sərnişinə şprislə xəsarəti yetirilib. O, qatara minərkən sağ ombasında ağrı hiss edib. Bir kişi iynə vurub və zərərçəkən təcavüzkarı təqib edib, o isə qaçıb. Daha sonra qadın polisə müraciət edib.
“Moskva metrosunda bir qıza iynə vurulması xəbəri nəticədə təsdiqlənməyib”.
Bu detallar polis araşdırmasının nəticələrinə istinadən "112" Telegram kanalı tərəfindən açıqlanıb.
Qız iynəni görməsə də, sadəcə oxşar bir şey hiss edib. Lakin görüntülərdən məlum olub ki, iddia edilən kişi ondan xeyli aralıda olub və əllərində iti əşyalar olmayıb.
Həkimlər qızı müayinə ediblər və iynə izi tapmayıblar.
Amma buna baxmayaraq, məlumat sürətlə Rusiya sosial media seqmentində yayılır və insanlar arasında çaxnaşmaya səbəb olur./publika






