Logo

ABŞ səfirinin İran iddiası: "Psixoloji təzyiq edilir"

ABŞ səfirinin İran iddiası: "Psixoloji təzyiq edilir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin Türkiyədəki səfiri Tom Barakın İranda Qacar sülaləsindən sonra hakimiyyətlərin dəyişdirilməsində və dini rejimin qurulmasında Vaşinqtonun rol oynadığına dair iddiası müzakirələrə səbəb olub. Bu açıqlama ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi və Donald Tramp administrasiyasının İrana qarşı mümkün yeni hərbi addımları ilə bağlı iddiaların gündəmdə olduğu bir vaxta təsadüf edir.

Bəs bu açıqlamanın məqsədi nədir və Vaşinqton bununla İran hakimiyyətinə hansı mesajı verməyə çalışır?

Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında ABŞ üçün İrandakı vəziyyətin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, Tramp administrasiyasının İran üzərində üstünlük əldə edə bilməməsi ABŞ-də keçiriləcək aralıq seçkilərinə də ciddi təsir göstərə bilər:

”Ağ Ev nümayəndələrinin bu mövzuda ardıcıl açıqlamalar verməsi və ABŞ-nin İrana qarşı yenidən hərbi zərbələr endirə biləcəyi ilə bağlı iddiaların yayılması seçkilərlə əlaqəli ola bilər. Bu məlumatlar seçicilərə təsir göstərmək və aralıq seçkilərində əlverişli nəticə əldə etmək məqsədi daşıya bilər”.

ABŞ səfirinin İran iddiası: "Psixoloji təzyiq edilir"

E.Xalidbəylinin sözlərinə görə, ABŞ-nin addımları yalnız hərbi təzyiqlə məhdudlaşmır, eyni zamanda İran hakimiyyətinin ölkə daxilindəki mövqelərini zəiflətməyə yönəlmiş siyasi və informasiya xarakterli açıqlamalar da səsləndirilir:

“ABŞ-nin Türkiyədəki səfiri Tom Barakın İranın dini rejiminin qurulmasında Vaşinqtonun rol oynadığına dair iddiası da bu kontekstdə qiymətləndirilə bilər. İranda dini rejimin Amerika Birləşmiş Ştatları tərəfindən qurulduğunu iddia etmək, faktiki olaraq həmin rejimi nüfuzdan salmaq cəhdi kimi görünür”.

Ekspert hesab edir ki, bu açıqlama İran hakimiyyətinin tərəfdarlarına yönəlmiş mesaj xarakteri daşıya bilər. Bildirib ki, Vaşinqton bununla istənilən ölkədə hakimiyyət dəyişikliyinə təsir göstərə biləcəyi fikrini önə çəkməyə və İranın hazırkı siyasi sisteminin də toxunulmaz olmadığını nümayiş etdirməyə çalışa bilər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR