Logo

175 dəfə həkimə müraciət etdi, uşağını əməliyyata saldı - ABŞ-də DƏHŞƏTLİ HADİSƏ

175 dəfə həkimə müraciət etdi, uşağını əməliyyata saldı - ABŞ-də DƏHŞƏTLİ HADİSƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-də iki yaşlı uşağını iki il ərzində təxminən 175 dəfə həkimə aparan ana barəsində cinayət işi başlanıb.

Araşdırma zamanı qadının övladının sağlamlıq vəziyyəti ilə bağlı həkimlərə yalan məlumat verdiyi, hətta uşağın mədəsinə qidalanma borusu yerləşdirilməsi üçün əməliyyata nail olduğu üzə çıxıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-nin Qərbi Virciniya ştatının Morqantaun şəhərində baş verib. Emili Qusman adlı qadın iki yaşlı oğlunun yemək yeyə bilmədiyini və nadir xəstəliklərdən əziyyət çəkdiyini iddia edib. O, uşağı müxtəlif həkimlərə apararaq onda qida qəbulunun məhdudlaşdırılması pozuntusu (ARFID) və nadir anadangəlmə mədə anomaliyası – mikroqastriya olduğunu bildirib. Ananın iddiaları əsasında oktyabrın 1-də uşağın mədəsinə qidalanma borusu yerləşdirilməsi üçün əməliyyat aparılıb. Lakin polis araşdırması zamanı məlum olub ki, qadın uşağın əslində nə qədər qida qəbul etdiyini həkimlərdən gizlədib.

O, oktyabrın 13-də verdiyi ifadədə bunu etiraf edərək, həkimlərin vəziyyəti uşaq müdafiə xidmətlərinə bildirməsindən qorxduğunu deyib. Əməliyyatı həyata keçirən cərrah isə bildirib ki, uşağın normal qidalanması barədə məlumatı olsaydı, daha az müdaxilə tələb edən müalicə üsullarına üstünlük verərdi.

Həkimin sözlərinə görə, qidalanma borusunun yerləşdirilməsi və sonradan çıxarılması uşaq üçün ağrılı ola, ciddi fəsadlara səbəb ola bilərdi. Araşdırmanın ən diqqətçəkən məqamı uşağın anasından alınaraq qoruyucu ailəyə verilməsindən sonra ortaya çıxıb. Məlum olub ki, iki yaşlı uşaq qidalanma borusundan istifadə etmədən müxtəlif yeməkləri rahatlıqla yeyir. Bundan başqa, polis ailənin yaşadığı evdə antisanitariya şəraiti aşkarlayıb.

Evin müxtəlif yerlərində zibil, qida qalıqları, tarakanlar, milçəklər və heyvanlara, eləcə də insanlara aid olduğu ehtimal edilən nəcis izləri tapılıb. Həmin evdə yaşayan 9 yaşlı uşağın da pis rəftara məruz qaldığı müəyyən edilib. Polis araşdırması zamanı uşağın alçaldılması, ev işlərinə məcbur edilməsi, hədələnməsi və fiziki cəzaya məruz qalması ilə bağlı yazışmalar aşkarlanıb. Hadisə ilə əlaqədar Emili Qusman uşağa ciddi bədən xəsarəti yetirilməsi ilə nəticələnən laqeydlikdə ittiham olunur. Onun həyat yoldaşı Milton Aleksandr Qusman Sisneros və evdə yaşayan Keytlin Cin Meredit barəsində də uşaqların sağlamlığı üçün təhlükə yaradan laqeydlik ittihamları irəli sürülüb.

"WVU Medicine Children’s" xəstəxanasının uşaq istismarı üzrə mütəxəssisi iki yaşlı uşağın tibbi istismara məruz qaldığını müəyyən edib.

Qeyd edək ki, bu cür hallar tibbdə başqasına yüklənən süni pozuntu, əvvəllər isə “Munhauzen sindromu”nun dolayı forması adlandırılıb. Bu zaman uşağa və ya baxımından məsul olduğu başqa şəxsə əslində mövcud olmayan xəstəliklər aid edilir, simptomlar şişirdilir və ya qəsdən xəstəlik əlamətləri yaradılır. Nəticədə zərərçəkən lazımsız müalicələrə, xəstəxanaya yerləşdirilməyə, hətta cərrahi əməliyyatlara məruz qala bilər.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR