Aİ liderləri ondan narazıdır: Sammitlərə gecikir
Slovakiyanın Baş naziri Robert Fiko beynəlxalq sammitlərdə iştirakına görə diqqət çəkib. O, tədbirlərə tez-tez gecikir, müzakirələr başa çatmamış görüşləri tərk edir.
Sfera.az bildirir ki, "EUobserver" və "Denník N" nəşrləri slovakiyalı və avropalı diplomatlara istinadən yazır ki, Fikonun bu davranışı onun digər ölkələrin liderləri ilə qeyri-rəsmi ünsiyyətinə də təsir edir.
Noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində əksər iştirakçılar tədbirə əvvəlcədən gəlsələr də, Fikonun təyyarəsi Bratislavadan sammit başlayandan sonra yola düşüb.
Bundan başqa, Slovakiyanın baş naziri oktyabrda Avropa İttifaqının sammitini vaxtından əvvəl tərk edərək Serbiyaya yollanıb.
Diplomatların sözlərinə görə, digər ölkələrin liderləri qeyri-rəsmi söhbətlər zamanı çox vaxt Fikoya xüsusi diqqət ayırmırlar.
İnci
Sfera.az






