Logo

Polşa XİN rəhbəri: Körpülər dağıdılarsa, Kiyev çətin vəziyyətə düşəcək

Polşa XİN rəhbəri: Körpülər dağıdılarsa, Kiyev çətin vəziyyətə düşəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Ukraynadakı körpüləri dağıtmasının Kiyevdə ciddi nəqliyyat və logistika problemlərinə səbəb ola biləcəyini bildirib.

Sfera.az bildirir ki, nazir bu barədə "Tezar WP" YouTube kanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, Rusiya ordusu körpüləri dağıtmağa nail olarsa, Kiyev ciddi problemlə üzləşə bilər.

“Əgər onlara (Rusiya Silahlı Qüvvələrinə – red.) körpüləri dağıtmaq müyəssər olarsa, şəhər problemlə üzləşəcək”, – deyə Sikorski qeyd edib.

Bundan əvvəl “Starşe Eddı” Telegram kanalının müəllifləri Rusiyanın Ukraynanın körpülərinə sistemli zərbələr endirməyə davam edəcəyi təqdirdə ölkənin iki ayrı dövlətə çevrilə biləcəyi ehtimalını irəli sürüblər.

Hərbi ekspert Yan Qaqin isə Rusiyanın Ukraynada hərbi əməliyyatların aparılması taktikasını dəyişdiyini bildirib. Onun iddiasına görə, artıq əsas diqqət qarşı tərəfin nəqliyyat infrastrukturuna elə zərbələr endirməyə yönəlib ki, dəyən zərərin qısa müddətdə aradan qaldırılması mümkün olmasın.

İnci
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR