Logo

Pekin Brüsseldən Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi tələb etdi

Pekin Brüsseldən Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi tələb etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin Ticarət Nazirliyi Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı ixrac nəzarəti ilə bağlı sanksiya siyahısında yer alan Çin şirkətlərini siyahıdan çıxarmağa çağırıb.

Sfera.az bildirir ki, “RİA Novosti”nin məlumatına görə, noyabrın 26-da Aİ Çinin “Yusha Group” şirkətinə qarşı sanksiyaları ləğv edib. Çin tərəfi bu qərarı müsbət qiymətləndirərək bildirib ki, belə addımlar Çin və Avropa İttifaqı şirkətləri arasında əməkdaşlıq üçün əlverişli şərait yaradır.

Nazirlik ümid etdiyini bildirib ki, Aİ gələcəkdə digər Çin şirkətlərini də sanksiya siyahısından çıxaracaq.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyaya qarşı sanksiyaların 22-ci paketi çərçivəsində daha 60-a yaxın Rusiya bankına əməliyyat qadağasının tətbiqinin planlaşdırıldığını açıqlayıb. Həmin bankların beynəlxalq SWIFT sistemindən də ayrılması nəzərdə tutulur.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR