Yunanıstanda etiraz aksiyaları başladı: xalq ayağa qalxdı
Kateqoriya məlum deyil
Yunanıstanda sosial-iqtisadi vəziyyətin pisləşməsi, aşağı əməkhaqları və işsizlik əhalinin kütləvi etirazına səbəb olub. Ölkədə ümumxalq tətili elan edilib.
Sfera.az xəbər verir ki, tətil çərçivəsində paytaxt Afina da daxil olmaqla, 60 şəhərdə etiraz aksiyaları keçirilib. Aksiyalara ümumilikdə təxminən 15 min nəfər qatılıb.
Etirazçılar arasında dövlət və özəl sektorun əməkdaşları, müəllimlər, məktəblilər və tələbələr də olub.
Aksiya iştirakçıları artan qiymətlərə, aşağı əməkhaqlarına, işsizliyə, eləcə də təhsil sektorundakı problemlərə və məktəb infrastrukturunun acınacaqlı vəziyyətinə etirazlarını bildiriblər.
Keçirilən aksiyalar Yunanıstanda sosial-iqtisadi problemlərlə bağlı narazılığın geniş vüsət aldığını göstərir.
Altay






