Dubay yaxınlığında neft tankerinin ətrafında partlayış baş verib
Kateqoriya məlum deyil
Fars körfəzində, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri yaxınlığında tankerlə bağlı təhlükəsizlik insidenti qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hadisə Dubaydan 50 dəniz mili (təxminən 92,6 kilometr) qərbdə baş verib.
Tankerin kapitanı naməlum mərminin gəminin bilavasitə yaxınlığında partlayışa səbəb olduğunu bildirib.
Hadisə nəticəsində ekipaj üzvləri xəsarət almayıb, tankerə və ətraf mühitə ziyan dəyməyib./teleqraf






