Ukraynanın bu əməliyyatı NATO-nu qorxutdu
Kateqoriya məlum deyil
NATO ölkələri Ukrayna münaqişəsinin iki ölkənin ərazilərindən kənara çıxmasından və döyüşlərin yeni bölgələrə yayılacağından ehtiyat edirlər.
Sfera.az “CBS Nyus”a istinadən xəbər verir ki, narahatlıq Ukraynanın beynəlxalq sularda Rusiya gəmilərinə hücumları ilə əlaqədardır.
Bildirilib ki, son zamanlar digər dövlətlərin də bu narahatlığı özünü daha qabarıq şəkildə büruzə verir.
“Risk ondan ibarətdir ki, Rusiya bundan (Ukraynanın gəmilərə hücumları) Ukrayna iqtisadiyyatına və mülki infrastruktura hücumlar üçün bəhanə kimi istifadə etməyə çalışacaq”, - deyə ABŞ-ın yüksək rütbəli zabiti xəbərdarlıq edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Fin körfəzində Rusiya gəmisinə hücum edildiyini təsdiqləyib./axar.az






