Tramp əmin danışdı: “İrana görə kömək istəməyəcəyəm”
ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibə və Tehranla imzalanan anlaşma memorandumu ilə bağlı açıqlamalar verib. O, müharibənin başa çatdırılması üçün Çin və ya Rusiyadan yardım istəməyə ehtiyac duymadığını bildirib.
Sfera.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün səfər etdiyi Çində “Fox News” telekanalına müsahibəsində İranla bağlı sualları cavablandırıb.
Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşləri ərəfəsində danışan Tramp, İranla müharibənin başa çatdırılması üçün Pekin və ya Moskvadan kömək istəyib-istəməyəcəyi ilə bağlı suala mənfi cavab verib.
“Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur. İran razılaşma əldə etmək istəyir. Buna görə də mənim yardıma ehtiyacım yoxdur. Heç kimdən kömək istəməyəcəyəm”, –Tramp bildirib.
ABŞ Prezidenti İranın hərbi imkanlarına ciddi zərbə vurduqlarını, ölkənin donanmasını və hava qüvvələrini sıradan çıxardıqlarını iddia edib.
Tramp İranla imzalanmış anlaşma memorandumunu da “vaxt itkisi” kimi qiymətləndirib. Bununla yanaşı, sənədin imzalanmasını səhv hesab etmədiyini bildirib.
“Bəzi məsələləri təxirə saldım. Bu memorandum səhv deyildi. Bu proses ərzində İranı daha yaxından tanıdıq və onların etibarlı olmadıqlarını anladıq”, – ABŞ Prezidenti qeyd edib.
İradə Elsevər






