Logo

Müharibə bitməyib? – ABŞ və İran zərbələr endirir

Müharibə bitməyib? – ABŞ və İran zərbələr endirir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaxın Şərqdə müharibənin başa çatdığı düşünüldüyü bir vaxtda Bəhreyndə ABŞ hərbi obyektlərinə qarşı həyata keçirilən yeni hücumlar regionda gərginliyi yenidən artırıb. İranın pilotsuz uçuş aparatları (PUA) ilə təşkil etdiyi zərbələr ABŞ-nin bölgədəki hərbi mövcudluğunu və Tehranın hücum potensialını yenidən gündəmə gətirib.

Sfera.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahının yerləşdiyi Bəhreyn İran-ABŞ qarşıdurmasının strateji baxımdan ən həssas nöqtələrindən biri hesab olunur.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dövlət mediası vasitəsilə yaydığı açıqlamada Bəhreyndəki Riffa aviabazasına altı PUA ilə hücum etdiyini bildirib. Tehran zərbələr zamanı ABŞ-yə məxsus erkən xəbərdarlıq radarının da vurulduğunu iddia edib. Bəhreyn ordusu isə hava hücumundan müdafiə sistemlərinin bir neçə hücumu dəf etdiyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins iki İran PUA-sının vurulduğunu və Amerika qüvvələrinin itki vermədiyini bildirib. Vaşinqton həmçinin erkən xəbərdarlıq radarının məhv edilməsi barədə İranın iddiasını təkzib edib. İran tərəfi isə hücumları ABŞ-nin Keşm adası da daxil olmaqla İran obyektlərinə qarşı əməliyyatlarına cavab adlandırıb.

“Hədəf seçimi təsadüfi deyil: infrastruktura qarşı infrastruktur”

Hərbi ekspertlər erkən xəbərdarlıq radarlarının hava hücumundan müdafiə sistemlərinin əsas elementi olduğunu vurğulayırlar. Onların sözlərinə görə, bu sistemlərin hədəfə alınması Tehranın ABŞ-nin bölgədəki hərbi imkanlarına qarşı təzyiq strategiyasının bir hissəsidir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR