Logo

Vaşinqtonda kimyəvi hücum qorxusu: Nazir hərbi bazaya köçürüldü

Vaşinqtonda kimyəvi hücum qorxusu: Nazir hərbi bazaya köçürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

CNN-in amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, ABŞ kəşfiyyatı İranın Vaşinqtonda Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələrinə qarşı radioaktiv və ya kimyəvi maddələrlə hücum variantlarını nəzərdən keçirir.

Sfera.az xəbər verir ki, kəşfiyyat partlayıcı materialların ABŞ ərazisində saxlanılması ehtimalını araşdırsa da, məlumatların etibarlılığı ilə bağlı rəsmilər arasında fikir ayrılığı var.

Bununla əlaqədar ABŞ-də təhlükəsizlik tədbirləri gücləndirilib, fövqəladə fəaliyyət planları hazırlanıb və maliyyə naziri Skott Bessent hərbi yaşayış kompleksinə köçürülüb. Ağ Ev isə hazırda ölkə ərazisinə qarşı təsdiqlənmiş etibarlı təhdidin olmadığını açıqlayıb.

Eyni zamanda, ABŞ Yaxın Şərqdəki hərbçilərinə qarşı kimyəvi silah təhlükəsi səbəbindən heyəti qoruyucu avadanlıqlarla təmin etməyi planlaşdırır və bölgəyə "USS Theodore Roosevelt" aviadaşıyıcısını göndərib. İranın BMT-dəki nümayəndəliyi isə bu ittihamları əsassız adlandıraraq Tehranın kimyəvi silahı qanunsuz hesab etdiyini bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR