Logo

Bu ölkənin prezidenti istefa verdi

Bu ölkənin prezidenti istefa verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Monqolustan Prezidenti Uxnaagiyn Xurelsux noyabrın 17-də istefa vermək qərarına gəlib.

Sfera.az “Central Asia Media” portalına istinadən xəbər verir ki, qərar dövlət başçısına qarşı irəli sürülən ittihamlar və parlamentdəki Demokrat Partiyası fraksiyasının araşdırma tələbi fonunda qəbul edilib.

Xurelsux bildirib ki, barəsindəki iddiaların araşdırılmasına razıdır və şərəf və ləyaqətini bərpa etmək üçün müvafiq qurumlara müraciət edəcək.

O, prezidentliyi dövründə heç vaxt qanunsuz əməllərə yol vermədiyini və həqiqətin üzə çıxmasını istədiyini vurğulayıb.

İstefanın rəsmiləşdirilməsi və prezident səlahiyyətlərinin kimə ötürüləcəyi barədə hələlik məlumat verilməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR