Macarıstanın baş nazirinin keçmiş həyat yoldaşı onu şantaj və zorakılıqda ittiham etdi
Kateqoriya məlum deyil
Macarıstanın Baş naziri Peter Magyarın keçmiş həyat yoldaşı Yudit Varqa onu şantajda və ailədaxili zorakılıqda ittiham edib.
Sfera.az bildirir ki, “Magyar Nemzet” nəşrinin yazdığına görə, təhdidlərə cinayət ittihamları ilə üzləşmək, həbsxana ilə qorxudulmaq, eləcə də Yudit Varqanın sosial, şəxsi və siyasi həyatının dözülməz hala gətirilməsi ehtimalları daxil olub.
Nəşrin məlumatına görə, Magyar gizli şəkildə qeydə alınmış söhbətlərdən istifadə edərək bir il yarım ərzində keçmiş həyat yoldaşına təzyiq göstərib.
“Fides” partiyasının keçmiş üzvü və ictimai fəal kiçik İştvan Tenyi bu məlumatların araşdırılması üçün İstintaq Baş Prokurorluğuna müraciət edib. O, iddiaların yoxlanılmasını və zəruri tədbirlərin görülməsini tələb edib.
Fatimə
Sfera.az






