Logo

Ukrayna, Rusiya və ABŞ danışıqları başa çatdı

Ukrayna, Rusiya və ABŞ danışıqları başa çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin üçtərəfli danışıqlarının ikinci günü başa çatıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Xatırladaq ki, bu gün Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin üçtərəfli danışıqlarının ikinci günü başlamışdı.

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Rusiya nümayəndə heyətinə isə bu ölkənin Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edirdi.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidəki üçtərəfli danışıqların ilk gününü konstruktiv və kifayət qədər məzmunlu adlandırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR