Koreyada avtobus faciəsi: 48 nəfər yaralandı
Kateqoriya məlum deyil
Cənubi Koreyanın paytaxtı Seulun cənubunda yerləşən Sonqnam bölgəsində avtobusun 32 nəqliyyat vasitəsinə çırpılması nəticəsində azı 48 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə yerli vaxtla saat 07:30 radələrində baş verib.
60 yaşlarında olan sürücünün idarə etdiyi avtobus bir yük maşınına, 4 avtobusa və 27 minik avtomobilinə çırpılıb. Avtobus yol kənarındakı baryerə çırpıldıqdan sonra dayanıb.
İlkin araşdırma zamanı sürücünün spirtli içki qəbul etmədiyi müəyyənləşib. O, polisə verdiyi ifadədə qəza zamanı əyləclərin işləmədiyini bildirib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
İradə Elsevər







