Bayden Trampın gizli məktubundan danışdı
ABŞ-nin sabiq prezidenti Co Bayden Donald Trampın 2021-ci ildə Ağ Evdən ayrılarkən ona ünvanladığı vida məktubunun məzmununu ilk dəfə ictimaiyyətə açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Bayden məktubun mətnini yeni nəşr olunan “Mənə söz ver, Amerika” (“Promise Me, America”) adlı kitabında təqdim edib.
Ağ Evin rəsmi blankında qara markerlə yazılmış və Tramp tərəfindən imzalanmış məktubun məzmunu onun Bayden və 2020-ci il prezident seçkiləri ilə bağlı ictimai açıqlamalarından ciddi şəkildə fərqlənir.
“Sizin başınıza belə bir şey gəlməyəcək, çünki Amerika xalqını nə qədər çox sevdiyinizi bilirəm”, – Tramp məktubunda yazıb.
Bayden kitabında məktubu oxuyarkən sanki iki fərqli Trampla qarşılaşdığını bildirib.
Onun sözlərinə görə, bir tərəfdən Tramp Amerika demokratiyasını ciddi şəkildə sarsıdıb, digər tərəfdən isə məktubunda köhnə dost kimi səmimi ifadələrlə ona ən xoş arzularını çatdırıb.
Qeyd edək ki, Bayden daha əvvəl Trampın 2024-cü ildə ona yaxşı dost ola biləcəklərini söylədiyini də açıqlamışdı.






