Logo

Ayı ana və qızını parçaladı

Ayı ana və qızını parçaladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib.

Sfera.az xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub.

Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayış məntəqəsi yaxınlığındakı meşəyə gəzintiyə çıxıblar. Lakin onlar geri qayıtmayıblar.

Qadınların avtomobili yaşayış məntəqəsindən təxminən 8–9 kilometr aralıda, meşə cığırının başlanğıcında aşkarlanıb.

Yaxınları və polis tərəfindən başlanan axtarışlar nəticəsində bazar ertəsi Cennifer Balkarrasın meyiti tapılıb. Çərşənbə axşamı isə onun 20 yaşlı qızının qalıqları aşkarlanıb.

Hadisənin baş verdiyi ərazi qeyri-rəsmi olaraq “Böyük Ayının yağış meşəsi” adlandırılır. Burada qrizli ayılarına tez-tez rast gəlinsə də, onların insanlara səbəbsiz hücum etməsi olduqca nadir hal sayılır.\\lent.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR