Tramp Hörmüz boğazının adını dəyişdi - Yeni xəritə paylaşdı

Tramp Hörmüz boğazının adını dəyişdi - Yeni xəritə paylaşdı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yeni xəritə görüntüsü paylaşıb.

Sfera.az xəbər verir ki, xəritədə İranla Oman arasında yerləşən Hörmüz boğazı “Tramp boğazı” kimi qeyd olunub.

Trampın paylaşımı İranın Hörmüz boğazının yenidən açılması ilə bağlı ABŞ-yə 7 günlük plan təqdim etdiyini açıqlamasından və “The Wall Street Journal”ın Trampın bu təklifi rədd etdiyini bildirməsindən bir neçə saat sonra yayımlanıb.

Həmin paylaşımın İranla bağlı yeni hərbi əməliyyatın mümkün göstəricisi ola biləcəyi barədə qiymətləndirmələr səsləndirilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR