Logo

Si Cinpin APEC sammitinə sədrlik edəcək

Si Cinpin APEC sammitinə sədrlik edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin Sədri Si Cinpin noyabrın 18-19-da Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü qeyri-rəsmi liderlər sammitinə sədrlik edəcək.

Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sammit “Asiya-Sakit Okean birliyinin qurulması və ümumi rifahın təşviqi” mövzusuna həsr olunacaq. Si Cinpin tədbirdə çıxış edəcək.

Çin lideri noyabrın 17-18-də APEC-in biznes liderləri sammitinə də qatılacaq və proqram xarakterli nitq söyləyəcək.

Bundan başqa, Si Cinpin sammit iştirakçılarının şərəfinə ziyafət verəcək, xarici ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR