Logo

Kuşner: Ukrayna ilə bağlı danışıqların növbəti mərhələsində Avropa ölkələri də iştirak edəcək

Kuşner: Ukrayna ilə bağlı danışıqların növbəti mərhələsində Avropa ölkələri də iştirak edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ nümayəndəsi Cared Kuşner İrlandiyada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra jurnalistlərə açıqlamasında danışıqların növbəti mərhələsinə Avropa ölkələrinin də qatılacağını bildirib.

Sfera.az bildirir ki, AFP-nin məlumatına görə, indiyədək danışıqlar Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə aparılıb.

Avropa ölkələrinin danışıqlara qoşulmasına Moskva açıq şəkildə qarşı çıxırdı. Lakin Kuşner cümə axşamı Kremldə Rusiya Prezidenti ilə görüşün açıq hissəsində də avropalıların prosesə cəlb olunmasının vacibliyini vurğulayıb.

“Avropalılar danışıqlar masasında əyləşmədən bu razılaşmanı yekunlaşdıra bilmərik”, – deyə Kuşner Zelenskinin yanında dayanaraq gecə saatlarında jurnalistlərə bildirib.

Qeyd edək ki, Avropa ölkələrinin danışıqlara mümkün iştirakı Ukrayna üzrə sülh prosesində yeni mərhələnin başlanması baxımından diqqət çəkir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR