"İranla razılaşma seçkilərdən sonra baş tutacaq" - Tramp

"İranla razılaşma seçkilərdən sonra baş tutacaq" - Tramp
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edərək İranı noyabrda keçiriləcək Konqres seçkilərindən sonra razılığa gəlməyə çağırıb və bunun Rusiya-Ukrayna müharibəsinə son qoyacağını iddia edib. Türkiyənin Qəzza sülh prosesindəki səylərinə görə təşəkkür edən Tramp, Qrenlandiya Müqaviləsi ilə bağlı əməkdaşlığı da vurğulayıb.

Sfera.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp dünən Birləşmiş Millətlər Təşkilatının 81-ci Baş Assambleyasında dünya liderlərinə müraciət edib.

ABŞ-də noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl BMT kürsüsündən istifadə edən Tramp ABŞ iqtisadiyyatının dünyanın ən yaxşı iqtisadiyyatı olduğunu deyib. 38 dəqiqəlik çıxışı zamanı ABŞ Prezidenti Tehranla razılığa gəlməyə çağırıb və Rusiya-Ukrayna müharibəsinə hər kəsin gözlədiyindən daha tez son qoyacaqlarını bildirib. Tramp həmçinin Qrenlandiya təhlükəsizlik müqaviləsinin imzalanma mərasimində əməkdaşlığa çağırıb.

Çıxışlarının əhəmiyyətli bir hissəsini İrana həsr edən Tramp, "Tehran Avropanı vura bilən raketlər hazırlayır" iddiasını irəli sürüb:

"Qarşımda bir qərar var. İranın yenidən yüksəlməsinə imkan verən bir razılaşma əldə edəcəyik, yoxsa İranı məhv edəcəyəm. Düşünürəm ki, seçkilərdən sonra bir razılaşma əldə edəcəyik".

Tramp həmçinin ABŞ-nin sursat təchizatının azaldığı iddialarını da təkzib edib. Trampın çıxışı zamanı İran nümayəndə heyətinin böyük bir hissəsi Baş Assambleya zalını tərk edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR