Logo

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vuruldu

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vuruldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus "MQ-1" tipli kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Sfera.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, PUA-nın artırılmış uçuş məsafəsinə malik "ER" (Extended Range) versiyası SEPAH-ın Aerokosmik Qüvvələrinin bölmələri tərəfindən müasir hava hücumundan müdafiə sistemi ilə dəqiq atəş açılaraq vurulub.

Məlumata görə, bu, İran tərəfindən məhv edilən sayca 20-ci "MQ-1" aparatı, son 24 saat ərzində isə ABŞ ordusunun vurulan dördüncü kəşfiyyat-zərbə PUA-sıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR